Dünən Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun (AİF) ümumi həcmi 40 mln. manat təşkil edən, AZ2008008685 dövlət qeydiyyat nömrəli faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının 5 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilib. İstiqrazlar cari qiymətlə satışa çıxarılıb.
Oxu.Az xəbər verir ki, AİF-dən verilən məlumata görə, hərracda 4 investor iştirak edib.
Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi dəfələrlə üstələyərək 51 174 000 manat təşkil edib və nəticədə hərraca çıxarılmış həcm tam yerləşdirilib.
Gülnarə Zeynalova
www.oxu.az