Azərbaycan hakimiyyəti ölkədə İranın dondurulmuş aktivlərinin 120 milyon dollarını dondurmadan azad etməyi planlaşdırır.
Oxu.Az “RİA Novosti”yə istinadla bildirir ki, bu barədə Mehr agentliyi İran-Azərbaycan ticari-iqtisadi əməkdaşlıq birgə komissiyasının rəhbəri Mehdi Möhtəşəmiyə istinadla xəbər yayıb.
“Tehranda Azərbaycan nümayəndə heyəti ilə görüş zamanı iki ölkə 500 milyon dollarlıq dondurulmuş İran aktivlərinin bir hissəsinin dondurmadan azad edilməsi barədə razılığa gəliblər. Bu məbləğ iki ölkənin ticarətinə yönəldiləcək”, - o deyib.
Agentlik qeyd edir ki, öncə İran Azərbaycan hakimiyyəti və ölkənin Mərkəzi Bankına İran şirkətlərinin Azərbaycan hesablarında qalan istifadə olunmayana aktivlərinin qaytarılması ilə bağlı xahiş edib.