Kərkükün anbarlarındakı yanacağının tükənməsi nəticəsində hökumətin işlətdiyi benzindoldurma məntəqələri bağlanıb.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, İŞİD-in Tikrit elindəki Bəyçi Neftayırma zavoduna gedən yolları nəzarətinə götürməsi nəticəsində Kərkükə benzinin daşınması dayanmışdı, xarici mətbuat yazır.
Bəyçidən gündəlik 1 milyon 300 min litr benzin alan Kərkük, İŞİD hücumlarından sonra öz anbarlarını istifadə etməyə başlamışdı. Ancaq mövcud anbarların da tükəndiyi bildirilib. Bundan sonra benzinin litrini 500 dinardan satan stansiyalar bağlanıb.
İndi Kərkükün ehtiyacını, xaricindən benzin idxal edən özəl benzindoldurma məntəqələri qarşılayır. Bu stansiyalarda benzinin litri 1250 dinardan (1 dollar) satılır.
Kərkük El Məclisinin Sədri Həsən Turan, iyun ayından bəri avtomobil sahiblərinə anbarlardan verilən benzinin tükəndiyini söyləyib. Turan, vətəndaşların artıq maye yanacaq ehtiyaclarını, Kərkük mərkəzində olan 10 özəl stansiyadan təmin edildiyini qeyd edib. İşlənmiş neftin, Türkiyə, İran, Azərbaycan və Rusiyadan Kərkükə gətirildiyini deyən Turan, “Bu benzinin litrinin qiyməti 1250 İraq dinarıdır. Yəni 1 dollara bərabər gəlir. İraqdakı böhran aradan qaldırılana qədər, benzinin satışı bu şəkildə davam edəcək” deyib.
Kərkük şəhəri İraqın ən böyük 4-cü şəhəridir və şəhərdə yaşayanların yarıdan çoxu İraq türkləridir.