Azərbaycandan MDB ölkələrinə 2015-ci ilin ilk beş ayında( yanvar-may) 171 milyon 002.87 min dollar dəyərində məhsul ixrac olunub. Bu da 2014-cü ilin analoji dövrü ilə müqayisədə 139 milyon 254,98 min dollar və ya 45% azdır.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin hazırladığı son hesabatda qeyd olunub.
Komitənin məlumatına görə, 2015-ci ilin ilk beş ayında bu ölkələrin ümumi ixracatda payı 3, 24% təşkil edib. Halbuki, 2014-cü ilin analoji dövründə bu rəqəm 55.12% təşkil edib.
MDB ölkələrindən idxal isə 882 milyon 787.08 dollar təşkil edib. Bir il ərzində bu göstərici çox cüzi şəkildə artıb:
“28 milyon 532, 34 min dollar və ya 3,3%”.
Qeyd edək ki, Azərbaycanın MDB ölkələri arasında əsas ticarət partnyorları sırasına Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Rusiya, Tacikistian, Türkmənistan, Ukrayna daxildi.
Ülviyyə R. Əli
www.oxu.az