2015-ci ilin iyul ayının 5-dən “YuTeyr” aviaşirkəti Surqut-Lənkəran istiqamətində uçuşları bərpa edir.
Oxu.Az şirkətin məlumatına istinadən xəbər verir ki, reyslər Boeing 737-500 komfortabelli laynerlər ilə Surqutdan saat 15:10, Lənkərandan isə 20:40-da (hər bir aeroport üçün yerli vaxt göstərilib) yerinə yetiriləcək. Uçuş müddəti 4 saat 30 dəqiqədir.