Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsində mənzil və kommunal təsərrüfatı xərcləri 52% və yaxud 38.5 milyon manat icra olunub.
Oxu.Az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20.1% və yaxud 9.7 milyon manat azdır.
Hesabat dövründə ümumi mənzil və kommunal təsərrüfatı xərcləri faktiki xərclərin 0.5%-ni təşkil edib.
Xatırladaq ki, bu ilin dövlət büdcəsindən mənzil və kommunal təsərrüfatı xərcləri üçün 369.9 milyon manat nəzərdə tutulub.