Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Taleh Kazımovdan YENİ TƏYİNATLAR
Azərbaycan Mərkəzi Bankında (AMB) yeni təyinatlar olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı AMB sədri Taleh Kazımov müvafiq əmrlər imzalayıb.
Əmrə əsasən, Əlili Rəxşəndə Mübariz qızı AMB-nin Maliyyə bazarlarında əməliyyatlar departamentinin direktoru təyin edilib.
Digər əmrlərlə, Həsənov Ataxan Aftandil oğlu Maliyyə sabitliyi departamentinin direktoru təyin olunub.
Aygün Mirakif
Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və məhsulların inkişafı departamentinə direktor təyin edilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu vəzifə Əfqan Abbasova həvalə olunub.
O, müxtəlif banklarda rəhbər vəzifələrdə çalışıb.