Azərbaycan Gürcüstanın əsas neft bitumu ixracatçısı olub.
Bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyindən məlumat verilib.
Belə ki, 2020-ci ilin noyabr ayında Gürcüstan ümumi 14,5 min ton neft bitumu idxal edib. Bunun 72,4 faizini, yəni ümumi idxalın 10,5 min tonu Azərbaycan tərəfindən ixrac edilib. Tədarükün 13,8 faizi və ya 2 min tonu Rusiya tərəfindən, 10,3 faizi və ya 1,5 min tonu İran, 3,4 faizi və ya 0,5 min tonu İraq tərəfindən təmin edilib.
Bildirilib ki, idxal həcmi oktyabr ayından 0,1 min ton və ya 0,7 faiz daha azdır. Eləcə də, ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 min ton və ya 9 faiz daha çoxdur.
Bu ilin yanvar-noyabr aylarında neft bitumu idxalı 119,6 min ton təşkil edib. İdxalın 63,7 faizi və ya 76,7 min tonu Azərbaycanın payına düşüb. Ümumi həcmin 21,4 faizi və ya 25,6 min tonu İraq, 7,6 faizi və ya 9,1 min tonu İran, 4,3 faiz və ya 5,1 min tonu Rusiyanın payına düşür.
Nigar Məmmədova