Neft ixrac edən ölkələr birliyi (OPEK) və kartelə daxil olmayan ölkələrin nümayəndələri çərşənbə axşamı görüşdə hasilatın azaldılmasına dair birgə qərara gələ bilməyiblər.
Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, bu barədə Bloomberg görüşün üç iştirakçısına istinadən bildirib.
OPEK-in təşkilata daxil olmayan ölkələrə, o cümlədən Rusiya, Braziliya, Meksika və Azərbaycan ilə bu görüşü, OPEK-in iyun ayının 5-də Vyanada baş tutacaq görüşü ərəfəsində keçirilib.
OPEK 2014-cü ilin noyabrında sutkada 30 milyon barel səviyyəsində kvotanı saxlamaq qərarına gəlib, bu kvota hələ 2011-ci ildə neftin dünya qiymətinin ikiqat ucuzlaşmasına baxmayaraq müəyyən edilmişdi.
Son dəfə OPEK kvotaları 2008-ci ildə, dünya böhranı zamanı neftin qiyməti bir barel üçün 40 dollardan aşağı enərkən azaldıb.