Bu həftənin son iş günündə Azərbaycan nefti bahalaşıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən APA-ya verilən məlumata görə, London birjasında ötən gün keçirilmiş hərraclarda “AzəriLayt” markalı neftin bir barelinin qiyməti 0,49% və ya 0,3 dollar artaraq 61,26 dollar olub.
09:37
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 2.67 dollar bahalaşaraq 1 barelə görə 57.87 dollar təşkil edib.
Oxu.Az xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 2.5 dollar artaraq 62.20 dollar olub.