Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin binasında ölüm hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon İcra Hakimiyyətində keçirilən iclasa qatılan 1949-cu il təvəllüdlü Allahverdi Məmmədovun vəziyyəti qəfildən pisləşib və o, dünyasını dəyişib. İlkin versiyaya əsasən A. Məmmədov ürək tutmasından keçinib.
A. Məmmədov Yasamal rayonundakı məktəblərdən birində müəllim işləyirmiş.
E.Ə.
www.oxu.az