Bu günə neft qiymətləri artımla başlasa da, dünənki azalma Azərbaycan neftinin satış qiymətinə təsir edib.
Oxu.Az xəbər verir ki, dünya bazarına çıxarılan “Azeri Light” markalı neftin bir barelinin qiyməti 57,19 dollar təşkil edib.
Bu isə bir barelin qiymətinin 0.85 dollar və yaxud 1.49% azalması deməkdir.
Qeyd edək ki, bu gün “Brent” markalı neftin hərracda ticarət açılışı qiyməti 55.58 dollar olduğu halda, Bakı vaxtilə saat 10:00-a olan məlumata görə, 56.20 dollara qədər artıb.
Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.