Cari ilin yanvar-aprel aylarında Azərbaycanda maşın və avadanlıqların istehsalında 11,5 faiz, avtomobil və qoşquların istehsalında 2,5 dəfə, nəqliyyat vasitələrinin istehsalında isə 3,8 dəfə artım müşahidə olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən (DSK) bildiriblər.
DSK-nın məlumatına görə, maşın və avadanlığın istehsalı, nəqliyyat vasitələri, avtomobil və qoşquların istehsalı sahəsində məhsul istehsalının həcmi 118,8 milyon manat təşkil edib.
Gülnarə Zeynalova
www.oxu.az