ATV-nin baxımlı verilişlərindən olan “İş həmişə var”da aparıcı Fərid Rəsul müxtəlif peşələrdə özünü işçi kimi sınayır.
Oxu.Az xəbər verir ki, ənənəyə sadiq qalaraq bu həftə o, mebel fabrikində işçi oldu. Zəhmətkeş ustalarla birgə mebel istehsal etdi.
Qeyd edək ki, proqramın müəllifi və aparıcısı Fərid Rəsul, redaktorları Lalə Əliyeva, Zəhra Rüstəm Osmanova, rejissoru Tofiq Babayev, prodüseri Azad Əlizadədir.
Veriliş 1 iyun, bazar günü saat 13.15-də ATV-də yayımlanacaq.
“İş həmişə var”ın informasiya dəstəyi Oxu.Az İnformasiya Agentliyidir.
Aytən Sadıqzadə
www.oxu.az