Əvvəla biz hər il çalışırıq ki, keçirdiyimiz sərgilər əvvəlki illərdən bu və ya digər cəhətlərinə görə fərqli olsun. Bu fərqlilik birinci növbədə cənab prezidentin bizim qarşımızda qoyduğu prioritetlər ilə əlaqədardır. Məsələn, bu il pambıq, tütün, barama istehsalında daha əhəmiyyətli dönüş əldə etməyi planlaşdırırıq.
Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.
“Ona görə də siz diqqət yetirsəniz, daha çox texnikalarımız məhz bu istiqamətdə yönəldilib. Aqrar sektorda sahələr inkişaf etdikcə mineral gübrələrə marağımız daha çox artıb.
Monitorinqlərimiz göstərir ki, mineral gübrələrdən istifadə səviyyəsi kifayət qədər deyil, məhsul çıxışı zamanı istifadə olunmuş minerallların qaytarılması mənfi saldoya malikdir.
Ona görə biz fikirləşdik ki, bu ilki sərgilərdə daha çox gübrələrin də nümayişini həyata keçirdək. Onu da əlavə edim ki, bu il dünyanın ən böyük şirkətləri özlərinin məhsulları ilə bu gün sərgidə çıxış edirlər.
Qeyd etdiyim kimi sərginin digər illərdən fərqli cəhəti ondan ibarətdir ki, informasiya məlumat bazasını genişləndirmək niyyətindəyik. Fermerlerin bilik bacarıqlarını artırmaq üçün yerlərdən bura səfərlər təşkil ediləcək.
İş adamlarının fermerlərin bu sərgidə iştirakı təşkil ediləcək, eyni zamanda sərginin pavliyonlarında iştirak edən ölkələrin sayında, tərkibində xarici iştirakçıların strukturda xüsusi çəkisinin artmasında irəliləyiş var”.
Ülviyyə R. Əli
www.oxu.az