Astanada “Qazaxıstan Evrokopter injinirinq” şirkətinin “ЕС 645 Т2” döyüş vertolyotunun təqdimatı keçirilib.
Oxu.Az qazax mətbuatına istinadən xəbər verir ki, Qazaxıstan şirkətinin kommersiya direktoru Karibay Ablezovun sözlərinə görə, “ЕС 645 Т2” vertolyotu avropalı alimlərin sonuncu işləmələridir.
O, dağlıq ərazi və isti iqlim şəraitində istismar üçün çox əlverişli olan multifunksional vertolyotdur.
Vertoloyt optik sistem, gecəgörmə sistemi, lazer məsafəölçəni ilə təchiz olunub, idarə olunan və idarəolunmayan raketlər, iriçaplı pulemyotlarla təchiz edilib. Maksimal sürəti saatda 268 kilometr, uçuş uzaqlığı 663 kilometrdir.
Karıbay Ablezov vertoloytun təqdimatında bildirib ki, şirkətin artıq Qazaxıstanın Müdafiə Nazirliyindən sifarişləri var. Bundan başqa, qazaxlar vertolyotu Monqolustan, Türkmənistan və regionun digər ölkələrinə ixrac etməyə hazırlaşırlar.
“Bu vertolyotlar bizdə istehsal olunacaq. Birincisi – 2014-cü ilin əvvəlində. Monqolustana, Azərbaycana, Rusiyaya və digər ölkələrə satacağıq” – deyə, Ablezov bildirib.