Ötən gecə Rusiyanın Sverdlovsk vilayətinin Üekaterinburq şəhərində kafelərin birində kriminal aləmdə məşhur olan “Qanuni oğru”ların yığıncağının keçirilmısi planlaşdırılırmış.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, məlumata görə, “Qanuni oğru”ların yığınacağı barədə hüquq-mühafizə orqanlarına məlumat çatıb.
Məlumat daxil olan kimi Rusiyanın xüsusi təyinatlı döyüşçüləri həmin ünvana gedib.
Nəticədə oğrularla hüquq-mühafizə orqanları arasında şiddətli atışma olub. Atışma nəticəsində yaralananlar da olub.
“Əməliyyat nəticəsində 1957-ci il təvəllüdlü gürcü Teymur Mirzoev saxlanılıb. O, kriminal aləmdə "Timur Tbiliski” ləqəbi ilə məşhurdur”, - deyə Sverdlovsk vilayətinin rolis rəisi Valeri Qorelıx bildirib.
Qeyd edək ki, saxlanılan Teymur Mirzoev kriminal aləmdə məşhur olan “Ded Xasan”ın qardaşı oğludur. Onunla birlikdə kriminal aləmdə tanınmış simalardan olan “Solomo” ləqəbli Vladimir Solomonnikov, “Leva” ləqəbli Levan Akoev, Nəsimi Qazməmmədov, Üuliy Şavilov və s. oğrular da saxlanılıb.