Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycan qızıl istehsalını artırdı
2015-ci ilin ilk beş ayı ərzində Azərbaycanda (yanvar-may) 902,9 kq qızıl hasil edilib. Bu da 2014-cü ilin analoji dövrü ilə müqayisədə 34,4% çoxdur.
Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən bildirilib.
Komitənin məlumatına görə, müvafiq dövrdə 34,9 kq gümüş hasil edilib ki, bu da 2014-cü ilin ilk beş ayının göstəriciləri ilə müqayisədə 79,8% azdır.
Qeyd edək ki, iyunun 1-nə olan məlumata görə, hazır qızıl ehtiyatı 82,8 kq, gümüş ehtiyatı isə 5,2 kq təşkil edir.
Xatırladaq ki, Azərbaycanda ilk qızıl Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti (AİMK) tərəfindən 2009-cu ildə Gədəbəy yatağında hasil olunub.
Məlumat üçün bildirək ki, AİMK şirkəti Gədəbəy yatağındakı faydalı qazıntıların artırılması, ehtiyatların sübut olunması və nəticədə 2015-ci ilədək 300 min unsiyadan çox qızılın hasil edilməsi planlaşdırılan Gədəbəy yatağının istismar müddətinin uzadılması üçün müəyyən kəşfiyyat strategiyasını icra edib.
Ülviyyə R. Əli
www.oxu.az
"Avropa İttifaqı (Aİ)" teqi üzrə xəbərlər
- Avropa İttifaqı Azərbaycanla sərhəddə casusluq fəaliyyətini davam etdirir - ANBAAN GÖRÜNTÜLƏR
- Borrel Qərbin Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirməyə gizli icazəsindən danışdı
- Azərbaycan Macarıstanın Avropa İttifaqına sədrliyini alqışlayır
- COP29 çərçivəsində 300-500 milyard dollarlıq yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir
- Makron və Borrelin siyasi iflası: Parisin boykot olunan COP29 çağırışı