Sentyabr ayında Bakıda keçiriləcək sərgidə silah istehsalı üzrə 20 şirkət iştirak edə bilər.
Oxu.Az Vesti.az-a istinadən bildirir ki, bu haqda məlumatı jurnalistlərə Türkiyənin hərbi sənayesinin Beynəlxalq əlaqələr katibliyinin başçısı Yakup Daşdelen verib.
“Bakıda türk hərbi sənayesinin nailiyyətləri nümayiş etdiriləcək” – deyə, o bildirib.
“Əsas nailiyyət isə qısa bir müddət ərzində üzən körpüyə çevrilmə və ağır hərbi texnikanı daşıma qabiliyyəti olan “Samur” üzən körpüdür. O, istənilən relyeflərdə üzən körpüyə çevrilə bilir. Hücum prosesinin bu vacib elementi yerli materiallardan və heç bir xarici mütəxəssisin iştirakı olmadan hazırlanıb” – deyə, Daşdelen qeyd edib.
Qeyd edək ki, “Samur” yerdə sürətini 100 km/s, suda isə 20 km/s artıra bilir. Uzunluğu 12 metr, eni 4 metr, hündürlüyü isə 3,5 metrdir.
Yakup Daşdelen, həmçinin bildirib ki, azərbaycan tərəfi “Atak” helikopterlərinin də əldə edilməsində maraqlıdır.