2020-ci ilədək Azərbaycan Türkiyəyə 20 mlrd. dollar investisya yatırmağı planlaşdırır.
Oxu.Az haberturk-ə istinadən xəbər verir ki, bunu Türkiyə-Azərbaycan İşgüzar Şurasının sədri Selçuk Akat bildirib.
Məlum olub ki, “Petkim Petrokimya Holding A.Ş.”-nin əsas səhmdarı olan SOCAR Türkiyəyə yatıracağı investisiyaların həcmi ilə bağlı hədəfini 18 mlrd. dollardan 19,5 mlrd. dollara çatdıracaq. Bu halda Azərbaycanın Türkiyədə həyata keçirəcəyi kiçik və böyük investisiyaların birgə həcmi 20 mlrd. dollar təşkil edəcək. Bu yatırımların əksəriyyəti SOCAR-ın payına düşəcək. SOCAR İzmirin Aliağa qəsəbəsinə 17 mlrd. dollar yatırmaq niyyətindədir.
L.Ə.