Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycan və "Vestas Wind Systems A/S" külək enerjisi əməkdaşlığını müzakirə edib
Azərbaycan və "Vestas Wind Systems A/S" şirkəti arasında külək enerjisindən istifadə istiqamətində əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.
Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, bu barədə müzakirələr Davos İqtisadi Forumu çərçivəsində şirkətin vitse-prezidenti Morten Dirholm ilə görüşdə baş tutub:
"Yaşıl texnologiyaların tətbiqinin əhəmiyyəti, sənayedə innovativ həllərin səmərəli nəticələri və külək enerjisindən istifadə istiqamətində şirkətlə əməkdaşlıq imkanları barədə müzakirələr apardıq".
Davos İqtisadi Forumu (@wef) çərçivəsində "@Vestas Wind Systems A/S" şirkətinin vitse-prezidenti Morten Dirholm (@MDyrholm) ilə yenidən görüşmək xoş oldu. Yaşıl texnologiyaların tətbiqinin əhəmiyyəti, sənayedə innovativ həllərin səmərəli nəticələri və #küləkenerjisi-ndən istifadə… pic.twitter.com/yuluC4JD6c
— Mikayil Jabbarov (@MikayilJabbarov) January 23, 2025
"Mikayıl Cabbarov" teqi üzrə xəbərlər
- Mikayıl Cabbarov: "Sahibkarlar artıq vergi öhdəliklərini minimal vaxtda yerinə yetirə bilirlər"
- Nazir: "Yaşıl enerji sahəsində ölkəmizin pozitiv beynəlxalq mövqeyi var"
- İqtisadiyyat naziri: "Vergi siyasəti iqtisadi səmərəliliyə böyük təsir göstərir"
- Mikayıl Cabbarov: "Dayanıqlı iqtisadi inkişafın təmin edilməsində vergi sisteminin önəmli rolu var"
- SOCAR-ın builki büdcəsi təsdiq olunub