Türkiyə İş Birliyi Agentliyi (TİKA) Azərbaycana min qutu arı gətirib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, media təqib mərkəzinə istinadən verdiyi məlumata görə, arıçılıq layihəsi çərçivəsində Şəmkirdə və Gəncədə yaşayan əhaliyə 1000 qutu arı verilib. Azərbaycanda fəaliyyət göstərən Arıçılıq birliyi də aksiyaya dəstək verib.
Bundan başqa, arıçılıqla məşğul olacaq vətəndaşlara dərslər və təlimlər keçirilib.