Bu ilin yanvar ayında Azərbaycana cəmi 6 477 ədəd avtomobil idxal olunub ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə gətirilən 9,1% azalma deməkdir.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat verib.
Ölkəyə gətirilən avtomobillərin içində, məlumata görə, sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrin sayı 15 ədəd təşkil edib.
Əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri - 5 925 ədəd, yük daşımaq üçün motorlu nəqliyyat vasitələri - 512 ədəd, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri isə 25 ədəd olub.
Gülnarə Zeynalova
www.oxu.az