Azərbaycana daxil olan pul baratlarının həcmi artıb. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana daxil olan pul baratlarının həcmi 998 mln. ABŞ dolları təşkil edib.
Oxu.Az xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 243 mln. manat və ya 32,2% çoxdur.
Azərbaycan Mərkəzi Bankının hesabatına görə, artıma tərəfdaş ölkələrdə iqtisadi artımın davam etməsi səbəb olub.
Untitled infographicInfogramHesabat dövründə ölkədə xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala investisiya axınları davam edib.
Xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyaların həcmi 2018-ci ilin doqquz ayında 4 mlrd. manat ekvivalentində olub.
Bu isə əsas kapitala yönəldilmiş ümumi investisiyaların 39 faizini təşkil edir.
İlhamə Abdullayeva
www.oxu.az
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın