Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu Bakıda türk filmləri həftəsi çərçivəsində Azərbaycan paytaxtına səfəri zamanı “ASAN Xidmət” Mərkəzini ziyarət edib.
Oxu.Az “Ankara Haberleri”nə istinadən məlumat verir ki, ziyarət zamanı Yalçın Topçunu Qarabağ qazisi İbad Hüseynli müşayiət edib.
“ASAN Xidmət”in mətbuat xidmətinin rəhbəri Elnur Niftəliyev qonağa mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verib. Yalçın Topçu səyyar “ASAN Xidmət”in təşkili və “ASAN Radio” vasitəsilə vətəndaşları narahat edən mövzularda ətraflı məlumat verilməsini təqdirəlayiq hal kimi qiymətləndirib.