Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycanda 10 min nəfər "4Sİ Akademiyası" çərçivəsində ödənişsiz kurslardan yararlanıb
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu tərəfindən birgə həyata keçirilən "4Sİ Akademiyası" layihəsinin pilot mərhələsi başa çatıb.
Bu barədə Oxu.Az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu və ABŞ-nin "Coursera" şirkəti tərəfindən birgə həyata keçirilən "4Sİ Akademiyası"nın pilot mərhələsi yekunlaşıb. Qeydiyyatdan keçən 10 min nəfər 1 il ərzində mərhələli şəkildə "Coursera" onlayn təhsil platformasından ödənişsiz yararlanmaq imkanı əldə edib. İştirakçılar 32 mindən çox kursa qatılıblar, təlimləri uğurla tamamlayanlar ümumilikdə 4 mindən çox beynəlxalq sertifikat əldə ediblər.
Layihənin məqsədi ölkədə rəqəmsal bacarıqların inkişafı, qabaqcıl texnologiyalar sahəsində biliklərin artırılması və əmək bazarında ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır. Təqdim edilən kurslar 4-cü sənaye inqilabı, rəqəmsal transformasiya, karyera və dil biliklərinə hazırlıq kimi kateqoriyalara bölünür. İstifadəçilərə Yel, Dyuk, Miçiqan, London, İllinois, Virciniya kimi 40 universitet və "Microsoft", "IBM", "Meta" və "Google" kimi şirkətlərin 800-ə yaxın kursundan yararlanmaq təklif edilib. Kursların ümumi müddəti 4-6 həftə olmaqla, videomühazirələr, tapşırıqlar və testlərdən ibarətdir.
Qeyd edək ki, "Coursera" onlayn təhsil platformasından ödənişsiz yararlanmaq istəyənlər üçün yaş və digər məhdudiyyətlər qoyulmayıb. Həyat boyu öyrənmənin təminatı layihənin məqsədlərindən biridir. Kursları uğurla başa vuran iştirakçılar "Coursera"nın beynəlxalq səviyyədə tanınan sertifikatlarını əldə edirlər. "4Sİ Akademiyası" istifadəçilərinin ən çox müraciət etdiyi kurs "DeepLearning.AI" tərəfindən təklif olunan "Hamı üçün süni intellekt" (3,5 min istifadəçi) proqramı olub. IBM şirkətinin "Data elmi nədir?" və Nyu-York Dövlət Universitetinin "Blokçeynin əsasları" kurslarının hər birindən 3 min nəfər yararlanıb.
Layihənin milli proqram şəklində davam etdirilməsi nəzərdə tutulub.
"İqtisadiyyat Nazirliyi" teqi üzrə xəbərlər
- Azərbaycanda balıqçılığa dövlət dəstəyi mexanizmləri tətbiq ediləcək
- Azərbaycanın narşərabla bağlı hazırladığı dövlətlərarası standart MDB-də qəbul edilib
- "Yaşıl artım portalı" karbonsuzlaşma üçün ən uyğun ölkələri müəyyən etməyə yardım olur
- Elnur Əliyev: "Dövlət tərəfindən bu məqsədlə zəruri dəstək təmin edilir və ediləcək"
- Orxan Məmmədov: " KOB-ların yaratdığı əlavə dəyər iki dəfədən çox artıb"