Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
"Formula-1" üzrə Azərbaycan Qran-prisinə saxta bilet satan şəxs saxlanılıb
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində "Formula-1" üzrə Azərbaycan Qran-prisi yarışlarına saxta biletlər hazırlayaraq satışını təşkil edən əvvəllər məhkum olunmuş Elmar İsrafilov saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Müəyyən edilib ki, bu şəxs "Instagram" sosial şəbəkəsində yaratdığı profillərdə onlayn qaydada məlumatları dəyişdirilmiş saxta biletlər yerləşdirərək satışı ilə məşğul olub.
E.İsrafilov bu yolla 30 nəfərdən artıq şəxsə saxta bilet sataraq maddi gəlir əldə edib. Aparılan əməliyyat-texniki tədbirlər zamanı saxlanılan şəxsin törətdiyi hüquqazidd əməllər tam sübuta yetirilib.
Faktla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir.
Nazirlik qeyd edir ki, "Formula-1" Azərbaycan Qran-prisini canlı izləmək istəyən şəxslərə biletləri yalnız yarışın rəsmi internet ünvanı, digər partnyor sayt və satış məntəqələrindən əldə etmələri tövsiyə olunur.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Ard-arda iki qəza Bakıda sıxlığa SƏBƏB OLDU
- Polis Şirvan Milli Parkında qanunsuz ceyran ovlayan şəxsi saxladı
- Ağdaşda polisin narkotik əməliyyatında doqquz nəfər saxlanıldı
- Daxili İşlər Nazirliyi əhaliyə müraciət edib
- Vətəndaşları videolarını yayacağı ilə hədələyib pul tələb edən kanal rəhbəri saxlanılıb
Rəylər