Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Blinken və Zelenski ABŞ silahları ilə Rusiya dərinliklərinə zərbə endirmək qərarına gəliblər?
ABŞ Dövlət katibi Antoni Blinken və Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə keçirilən görüşdə ABŞ silahlarının Rusiyanın dərinliklərinə zərbələr üçün istifadəsi məsələsi ilə bağlı heç bir qərar qəbul etməyiblər.
Oxu.Az bildirir ki, bu barədə ABC telekanalı Ukrayna prezidentinin müşavirinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, uzun sürən görüş zamanı Zelenski Blinkenə Kiyevin Rusiya ərazisinə zərbələr üçün Qərb silahlarından necə istifadə edə biləcəyinə dair ətraflı plan və mümkün hədəflərin siyahısını təqdim edib. Lakin rəsmi şəxs vurğulayıb ki, bu məsələ ilə bağlı heç bir qərar qəbul edilməyib.
Daha əvvəl Blinken Kiyevdə Böyük Britaniya və Ukrayna XİN başçıları Devid Lemmi və Andrey Sibiqa ilə birgə mətbuat konfransında bildirmişdi ki, ABŞ və Kiyev hakimiyyəti Qərb silahları ilə Rusiya ərazisinin dərinliklərinə zərbələr endirilməsinin müzakirəsi səbəbindən Ukraynada vəziyyətin mümkün eskalasiyası amilini nəzərə alır.
"Antoni Blinken" teqi üzrə xəbərlər
- ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzaladılar
- ABŞ və Ermənistan arasında imzalanacaq sənəd Tramp hakimiyyəti dövrünün arxivinə göndəriləcək?
- Kremldən ABŞ və Ermənistan arasında imzalanacaq strateji tərəfdaşlıq sazişinə münasibət
- Erməni politoloq ABŞ və Ermənistan arasındakı yeni müqavilənin detallarını açıqladı
- Ermənistan və ABŞ strateji tərəfdaşlıq sənədi imzalayacaqlar
Rəylər