Azərbaycan İpoteka Fondunun (AİF) agent bankları indiyədək 17 min 993 ipoteka krediti verib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat Fondun saytında yer alıb.
Məlumata görə, verilmiş ipoteka kreditləri üzrə məbləğ 730 milyon 608 min 420 manatı keçib.
Qeyd edək ki, 2005-ci ildə Azərbaycan Prezidentinin Fərmanına uyğun olaraq, Azərbaycan Mərkəzi Bankı (AMB) nəzdində Azərbaycan İpoteka Fondu yaradılıb.
Fond 2006-cı ildən isə kreditlər verməyə başlayıb.
Ülviyyə R. Əli
www.oxu.az