Müğənni Nadir Qafarzadə sosial şəbəkələrdə haqqında yayılan yalan məlumatlara münasibət bildirib.
Oxu.Az xəbər verir ki, ifaçı İnstagram hesabında bunları yazıb:
“Deyirəm ki, bu insanların işi-gücü yoxdur? Yalandan feysbukda şayiə yaymaqla nə qazanırlar? Yazıblar ki, mən ölmüşəm. Sözüm yoxdur. Ay mərdimazarlar, Allah bəlanızı versin. Belələrinə nə ad vermək olar? Bəs yazıq deyiləm? Hələ cavanam axı, övladlarım var, onlar necə olar? Hələ arzularım çoxdur? Allah hər kəsə ömür versin”.
