2014-cü il ərzində Azərbaycanda 22,7 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib.
Bu barədə Oxu.Az-a “Azərenerji” ASC-dən məlumat verilib.
Məlumatda qeyd olunur ki, il ərzində qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.
Xatırladaq ki, 2014-cü ilin dekabr ayında isə 2,2 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib.