2014-cü ilin dekabrın 1-nə olan məlumata görə, Azərbaycanda 2586 bankomat fəaliyyət göstərir.
Oxu.Az-a bu barədə Mərkəzi Bankdan məlumat verilib.
Məlumatda qeyd olunur ki, bu göstərici 2013-cü ilin müvafiq dövründən 175 ədəd çoxdur.
Xatırladaq ki, bunlardan 1460-ı Bakının, 1126-sı isə regionların payına düşür.
Qeyd edək ki, avqustda 2510, sentyabrda 2543, oktyabr ayında isə ölkədə 2556 bankomat fəaliyyət göstərirdi.