İslam İnkişaf Bankı Azərbaycan tərəfinin göndərdiyi islam bank işi üzrə qanunun tərtib və tətbiq edilməsi üçün müraciətini qəbul ediblər.
Oxu.Az abc.az-a istinadən bildirir ki, ASC “Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) islam bankinqin departament başçısı Behnam Qurbanzadə, bəyan edib ki, İİB bu müraciətdə göstərilən məsələ üzrə yardım məqsədi ilə Bakıya əməkdaşlıq proqramının hazırlanması üçün missiya göndərib.
“Vəziyyəti dəyərləndirmək məqsədi ilə missiya milli qanunvericiliyin islam maliyələşdirmə tələblərinə uyğunluğunun təhlili üzrə xüsusi seminar keçirib. Seminara Mərkəzi Bankın, Azərbaycan iqtisadiyyat və sənaye Nazirliyinin, şirkət, bank, maliyyə və qeyri-maliyyə təşkilatlarının əməkdaşları cəlb edilib” – deyə Qurbanzadə bildirib. Seminar keçən həftə baş tutub.
“Seminarda İİB ölkədə islam maliyələşdirmə qanunvericiliyinin yaradılması üçün texniki dəstək proqramının ardıcıllığı müəyyənləşdirilmişdir. Nəticədə missiya İİB menecmentinə iki sənəd – ümumi fəaliyyət barədə hesabat və texniki yardım çərçivəsində fəaliyyət planı – təqdim edəcək. Fəaliyyət planının hazırlanması ABB və İqtisadiyyat və sənaye nazirliyinin işçi qrupuna tapşırılacaq. Fəaliyyət planı Azərbaycan hökuməti ilə razılaşdırılmalıdır, və İİB Azərbaycan idarəçisi, İqtisadiyyat və sənaye Naziri Şahin Mustafayevin banka planın realizə edilməsi üçün heç bir etirazın olmadığını təsdiqləyən sənəd göndərməsi gözlənilir” – deyə Qurbanzadə bildirib.
İslam bankı Azərbaycan hökümətindən adıgedən müraciəti 2013-cü ilin dekabr ayında alıb. Qrantın həcmi və müddəti müəyyənləşdirilməyib.
Buna baxmayaraq, artıq aydındır ki, islam prinsipləri üzrə bank işinin tənzimlənməsi barədə qanunvericiliyə dəyişikliklər etmək üçün yaradılmış işçi qrupa Mərkəzi bankın, Azərbaycan Beynəlxalq bankın, Maliyyə, Vergilər, İqtisadiyyat və sənaye nazirliklərinin, Nazirlər Kabinetinin nümayəndələri daxil olacaqlar.