“Küveyt dövləti, Bakı ilə Küveyt şəhəri arasında birbaşa hava reysinin açılmasını istəyir”.
Oxu.Az Marja-ya istinadə xəbər verir ki, bunu Küveyt Dövlətinin Azərbaycanda səfiri Səud Əbdüləziz Məhəmməd Əl-Şamlan Əl-Rumini deyib.
“Əsas hədəfimiz Azərbaycan ilə Küveyt arasında birbaşa hava reysinin açılmasıdır. Bu əsas prioritetlərdən biridir. Bu yaxınlarda Azərbaycan rəsmiləri ilə görüşümdə bu məsələni müzakirə edəcəyəm”.
Səfir deyib ki, 2013-cü ildə Azərbaycana 800 Küveyt vətəndaşı səfər edib və bu il onların sayının artacağı gözlənilir.
Qeyd edək ki, Səud Əbdüləziz Məhəmməd Əl-Şamlan Əl-Rumini təxminən 3 aydır Azərbaycana səfir təyin olunub.