2014-cü ildə SOCAR (Azərbaycanın Dövlət Neft Şirkəti) 6,7 milyon ton nefti emala göndərməyi planlaşdırır, şirkətin yüksək vəzifəli nümayəndəsi bildirib.
Oxu.Az Day.Az-a istinadən xəbər verir ki, şirkət nümayəndəsinin sözlərinə görə, ötən il SOCAR emala 6,2 milyon tondan çox neft göndərib. Bu il həmin rəqəm 6,4 milyon ton səviyyəsində olub.
SOCAR nümayəndəsi nefitm emalı həcmlərinin artmasını ölkədə benzin, həmçinin dizel yanacağı istehlakının artması ilə əlaqələndirib:
“İllik benzin istehlakı 10%-dən çox artır, öz növbəsində dizel yanacağının istehlak həcmində artım 13% təşkil edir”.
SOCAR nümayəndəsinin sözlərinə görə, 2012-ci ildəki 1,3 milyon tona qarşı bu il 1,4 milyon tona yaxın benzin istehsalı gözlənilir.