Son illər Azərbaycanda donuz təsərrüfatlarının sayı artıb. Paytaxtla yanaşı, ölkənin başqa yerlərində də fəaliyyət göstərən bu təsərrüfatların demək olar ki, hamısı özəlləşdirilib. Donuzlar əsasən şimal-qərb, şimal rayonlarında, o cümlədən Abşeron yarımadasında saxlanılır. Ötən ilin statistik məlumatlarına görə, respublikada 6 495 baş donuz var idisə, bu il onların sayı artaraq 7 600-ə çatıb.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib ki, Bakıda, eləcə də rayonlarda fəaliyyət göstərən donuzçuluq təsərrüfatlarının hamısı fərdi şəxslərə məxsusdur. Nazirlik sözçüsü onu da bildirib ki, donuz ətindən yalnız kolbasa istehsalında istifadə olunur.
“Bu gün respublikada 7600 baş donuz saxlanılır. Donuzçuluq təsərrüfatları paytaxtla bərabər rayonlarda da mövcuddur. Bütün təsərrüfatların hamısı fərdi şəxslərə məxsusdur. Həmin təsərrüfatlarda bəslənən donuzların ətindən yalnız kolbasa istehsalında istifadə olunur”.