May ayı ərzində daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 16,1 mindən çox sığorta müqaviləsi bağlanıb.
Oxu.Az xəbər verir ki, İcbari Sığorta Bürosundan verilən məlumata görə, 2014-cü ilin may ayında daşınmaz əmlakın icbari sığortası üzrə 15 637, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 343, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 28 sığorta müqaviləsi bağlanıb.
Məlumata görə, daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 1 228 651 manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 26 400 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 6 960 manat təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 11,77%, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müqavilələrinin sayında 0,29% artım müşahidə edilib.
Qeyd edək ki, daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 83,26%-i yaşayış evləri və mənzillər, 0,52%-i inzibati binalar, 16,22%-i digər daşınmaz əmlakla bağlı olub.
Gülnarə Zeynalova
www.oxu.az