Məşhur tük müğənnisi Sezen Aksu Münhendə konserti zamanı erməni, türk və kürd mahnılarını ifa edib.
Oxu.Az Modern.az-a istinadla xəbər verir ki, sənətçi erməni bəstəkarı Ara Dinkciyanın mahnısını ifa edərkən ağlayıb. Əhmət Qayanın oxuduğu “Göz yaşı” mahnısının bəstəkarı Ara Dinkciyandir.
“İnsan olmaq üçün insanları sevin” - deyə publikaya xitab edən S.Aksu ağlayıb. Bundan sonra zal onunla birgə “Ağlama” mahnısını ifa edib.
