Hər gün yüzlərlə adam Siyəzən rayonunda, Beşbarmaq dağının yamacında yerləşən “Xıdır Zində piri”ni ziyarətə gəlir.
Oxu.Az Azadlıq Radiosuna istinadən xəbər verir ki, yüksəklikdəki pirə pilləkənlə – qayaarası yolla çıxırlar.
Son illərdə bu qayalardan yıxılıb ölənlər olsa da, hələ də azyaşlı uşaqlar, ixtiyar qadınlar piri ziyarət edib nəzir verirlər. Ziyarətçilər dağın ətəyində – bir qayanın üstündə kiçik daşları üst-üstə qoyaraq dilək tuturlar. Daşlar dağılmırsa, demək, onların arzuları reallaşır. Kimi ev almaq, kimi xəstə övladlarına şəfa diləmək üçün pirə üz tutur.
Qeyd edək ki, bir müddət öncə, Beşbarmaq ziyarətgahı ilə bağlı qalmaqallı görüntülər yayılmışdı. Sosial şəbəkələrdə yayılan videoda görünürdü ki, insanlar naməlum obyektə tərəf gedir və ora nəzir qoyurlar.
Foto: Cahangir Yusif
www.oxu.az