İyun ayının 10-da Azərbaycanın bir sıra rayonlarında qaz verilməsində fasilələr müşahidə ediləcək.
Qazölçmə məntəqələrində aparılan işlərlə əlaqədar 13:00-dan 15:00-a qədər Neftçala və Salyan rayonları ərazisində, 13:00-dan 18:00-a qədər isə Şamaxı rayonu ərazisində qaz olmayacaq.
Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində bildiriblər.
Bundan başqa, 12:00-a qədər Azərbaycanın Xaçmaz rayonu ərazisində də qazın verilməsində fasilələr müşahidə ediləcək. Bu, qaz kəmərinin birləşdirilməsi ilə əlaqədardır.
Bundan başqa, təmir işləri ilə əlaqədar Yevlax və Lənkəran rayonlarına da qazın verilməsi məhdudlaşdırılacaq. Qazın tam həcmdə verilməsi təmir işləri bitdikdən sonra bərpa olunacaq.