Azərbaycanlı model Günay Musayevanın həyat yoldaşı, aktyor Tolqa Karel ötən gün “Survivor” yarışmasını tərk edib.
Oxu.Az xəbər verir ki, iştirakçılar arasında az səs toplayan Karel mübarizəni davam etdirmək şansını itirib.
Aktyor verilişdə “Burada ac qaldım, çətin günlər gördüm. Tamamilə fərqli insan oldum. Məni dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm. Çıxmağa hazıram, hətta həyəcanlanıram. Yarışmanı xoş hisslərlə tərk edirəm” söyləyib.
Günay Musayeva həyat yoldaşının yarışmanı tərk etməsi ilə bağlı fikirlərini İnstagram səhifəsində bölüşüb:
“Gəl artıq, oğlun sənin üçün çox darıxır. Üzüldün, yoruldun. Səni tanıyıram, bilirəm ki, bu zamana qədər orada qalmağın möcüzədir. Bu qədər bəsdir, geri dön. Biz keçən dəfə “skype” ilə danışanda söz verdin ki, yaxın günlərdə dönəcəksən. Gecikdin, ürəyi gözəl insan”.
Aytən Sadıqzadə
www.oxu.az