Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanda ilk dəfə sığorta festivalı keçiriləcək - FOTO/VİDEO
Avqustun 26-dan sentyabrın 7-nə qədər Azərbaycanda ilk dəfə sığorta festivalı keçiriləcək.
Oxu.Az xəbər verir ki, bunu “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Elmar Mirsalayev bildirib.
Onun sözlərinə görə, tədbir təmsil etdiyi qurumun, eləcə də Azərbaycan Mərkəzi Bankı və İcbari Sığorta Bürosunun əməkdaşlığı çərçivəsində baş tutacaq.
Festivalın əvvəlcə Bakıda - Dənizkənarı Milli Parkın ərazisində, daha sonra isə regionlarda - Sumqayıt, İsmayıllı, Gəncə, Quba, Lənkəran, Mingəçevir, Gədəbəy, Şəki və Zaqatalada keçirilməsi nəzərdə tutulub.
Tədbir ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin iştirakı ilə “edutatement” (“təhsil”) formatında təşkil olunacaq.
Daha çox foto burada: PhotoStock.az
"Gədəbəy" teqi üzrə xəbərlər
- "Puma"dakı tək azərbaycanlı: "Şirkəti idarə edən önəmli şəxslərdən olmaq istəyirəm"
- Azərbaycanda güclü ildırım çaxdı: Xəstəxana və küçələrdə saatlardır işıq yoxdur
- Gədəbəydə minik maşını körpüdən aşdı: Xəsarət alanlar var
- Azərbaycanda vəzifəli şəxs içkili halda göyərti satan qadını TƏHQİR ETDİ: Həbs edildi
- Daşkəsən, Gədəbəy və Göygöldə dolu fəsadlar törədib