Belarusiya keçmiş SSRİ dövlətləri arasında 2014-cü ilin yanvar-aprel ayları ərzində istehlakçı qiymətlərinin artmasına görə 1-ci yeri tutub.
Oxu.Az AZE.az istinadən xəbər verir ki, bunu milli statistika orqanlarının göstəriciləri üzrə aparılan BelaPAN tədqiqi sübut edir.
İlk üçlüyə Belarusiya (6,6%), Ukrayna (6,4%) və Qırxızıstan (4,4%) daxil olub.
Daha sonra Qazaxıstan (3,9%), Tacikistan (3,7%), Rusiya (3,2%), Moldova (2,1%), Ermənistan (1,7%), Latviya (1,4%), Gürcüstan (1,2%), Estoniya (0,8%), Azərbaycan (0,7%) və Litva (0,6%) gəlir.
Özbəkistan üzrə məlumat yoxdur. Türkmənistanda birinci rüb üçün qiymətlər 0,3% enib. Öz maliyyə sistemi olan Dnestryanı Moldova respublikasında yanvar-aprel aylarında qiymətlər 0,8% artıb.
Aprel ayında qiymətlərin artmasına görə 1,6% göstərici ilə Belarusiya Ukraynadan (3,3%) sonra gəlir. Onlardan sonra sıranı Tacikistan (1,3%), Qırğızıstan (1%), Rusiya (0,9%), Qazaxıstan (0,6%), Ermənistan, Latviya, Moldova (0,5%), Gürcüstan, Litva (0,3%) və Azərbaycan (0,2%) davam etdirir. Estoniyada qiymətlər dəyişməyib.