2014-cü ilin yanvar ayı ərzində Azərbaycanın ixrac əməliyyatları 1 870,83 mln. ABŞ dolları təşkil edib, keçən ilin müvafiq dövrünə nisbətən 2,7% azalma olub. İxrac olunan malların çeşidlərinin sayı 565 ədəd təşkil edib.
Oxu.Az xəbər verir ki, bu məlumatı Dövlət Gömrük Komitəsi bu il yanvar ayının hesabatında açıqlayıb.
DGK-nın məlumatına görə, ixracın 95,2%-i dövlət sektoruna düşür, bu isə 1 780,40 mln. dollar təşkil edib.
Özəl sektor – 4,5% (83,76 mln. dollar) və fiziki şəxslər – 0,3% (6,67 mln. dollar) mal idxal edib.
İdxal əsasən Avropa İttifaqı ölkələrə yönəlir – 56,5% (1 056,24 mln. dollar), digər ölkələrə - 39,4% (736,68 mln. dollar) və MDB ölkələrə - 4,1% (77,91 mln. dollar) təşkil edib.
Qeyd olunur ki, yanvarda Azərbaycan 1,16 min dollarlıq humanitar yük, təmənnasız kömək və texniki yardımı özgə ölkələrə göndərib.
Gülnarə Zeynalova
www.oxu.az