Marsda məskunlaşmağa qarşı fitva islam alimləri tərəfindən verilib, onlar hesab edirlər ki, qırmızı planetdə məskunlaşmaq İslama ziddir.
Oxu.Az The Daily Mail-ə istinadən xəbər verir ki, fitva Mars One təşkilatının Marsda insanların məskunlaşma imkanını elan etdikdən sonra BƏƏ İslam işləri üzrə Baş İdarədə verilib.
Komitə bildirib ki, belə yaşayış məskəninin salınması özünəqəsdə bərabərdir, bu isə İslamda qadağandır.
“İnsan həyatını təhlükəyə atan heç bir şey islam tərəfindən təqdirəlayiq hesab edilə bilməz. Böyük ehtimalla insan Marsda yaşaya bilməz, o özünü ölümcül təhlükəyə atır”.
İslam alimlərinin fikrincə, özlərini belə təhlükəyə atan astronavtları, özünəqəsd edən adamların əzabı kimi cəhənnəm əzabı gözləyir.
Fərrux Hamadanın başçılıq etdiyi komitə bildirib ki:
“Həyatı bütün mümkün təhlükələrdən qorumaq bütün dinlərdə vacib məsələlərdəndir, bu, Müqəddəs Quranda da dəqiq göstərilib: Özünüzü və bir-birinizi öldürməyin. Rəhimli və bağışlayan Allahın xatirinə”.
Yarandığı 2008-ci ildən bəri İslam işləri üzrə Baş İdarə rəsmi Fitva Mərkəzi vasitəsilə artıq iki milyon fitva verib.
Xatırladaq ki, Mars One təşkilatının çoxmilyardlı layihəsi, 2025-ci il üçün Marsda ilk insan koloniyasının məskunlaşmasını nəzərdə tutur.
Təşkilatın saytında, yaxın illərdə Marsa pilotsuz bir neçə gəminin göndəriləcəyi yazılıb. Bu gəmilər forpostun hazırlanması və orada gələcəkdə insanların işləməsi üçün lazımi avadanlığı aparacaq.
Artıq 200 000 insan missiyada iştirak etmək üçün ərizə veriblər, onların arasında 500 ərəb dövlətinin vətəndaşları da var.
Keçən ilin dekabrında, bu layihədə iştirak etmək üçün 1058 adam seçilib.
Məlum olduğu kimi, Marsda orta temperatur -65 dərəcədir, atmosferdə 95% karbon qazı var.
Aliyə İsmayılzadə
www.oxu.az