Azərbaycanda 4000 nəfərə cəmi bir bankomat (ATM) düşür.
Oxu.Az-ın məlumatına görə, Fins.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, POS-terminala düşən əhalinin sayı isə 0,14-dür.
Yəni, bir POS-terminala min nəfər belə düşmür. Başqa sözlə, ölkədə kifayət qədər POS-terminal var. Amma POS-terminalla ödənişlərin səviyyəsini əks etdirən rəqəmlər Azərbaycanın nağdsız dövriyyənin minimumda olduğunu göstərir.
Hər 1000 ödəniş kartına düşən əməliyyatların orta aylıq həcmi 173 min 688 manat təşkil edir.
Bu ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 11 min manat artıb. 1 ATM-ə düşən orta aylıq əməliyyatın həcmi isə cəmi 287 min 674 manat olub. Nağdsız ödənişə keçidlə bağlı nağdlaşmaya qoyulan məhdudiyyətlər belə birinci ayda fayda verməyib.
Bir POS-terminala düşən əməliyyatların orta aylıq həcmi əksinə azalaraq 1427 manata düşüb. Ticarət və xidmətdə POS-terminalların orta aylıq göstəricisi isə 810 manat olub.
Qeyd edək ki, 2017-ci ilin fevral ayının əvvəlində Azərbaycanda ödəniş kartlarının sayı 5 milyon 343 min ədəd təşkil edib.
Bu göstərici ötən ilin yekunu ilə müqaisədə 9 min ədəd və ya 0,2% çoxdur.
U.A.
www.oxu.az