Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində zibil yığınının sürüşməsi nəticəsində həlak olanların sayı 50 nəfərə çatıb.
Oxu.Az bu barədə “Associated Press”ə istinadən xəbər verir.
Daha öncə 46 nəfərin öldüyü və 28 nəfərin xəsarət aldığı barədə məlumat yayılmışdı.
12 mart 21:22
Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində zibil yığınının sürüşməsi nəticəsində həlak olanların sayı 46 nəfərə çatıb.
Oxu.Az Report-a istinadan xəbər verir ki, ilkin məlumatda hadisə zamanı 35 nəfərin öldüyü, həmçinin 28 nəfərin xəsarət aldığı bildirilirdi.
Şəhərin hakimiyyət orqanları rəsmilərinin məlumatına görə, ölənlərin çoxu uşaqlar və qadınlardır.
Qeyd edək ki, sürüşmə zamanı hadisə yerində təxminən 150 nəfər olub. Hakimiyyət orqanı təmsilçiləri ölənlərin sayının artacağını istisna etmirlər.