İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTANDART) nəqliyyat sahəsi üzrə yeni dövlət standartlarını qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə dövlət xidməti məlumat yayıb.
Məlumata görə, bunlar TS 9826 "Şehiriçi yollar - Bisiklet yolları" Türkiyə standartının əsasında AZS 951:2024 (TS 9826:2013) - "Şəhərdaxili yollar - Velosiped yolları", TS 9827 "Şehiriçi yollar - Yaya korkulukları, yol kenarı için (metal) yer seçimi ve tasarım kuralları" standartının əsasında AZS 952:2024 (TS 9826:1992) - "Şəhərdaxili yollar - Yolkənarı piyada məhəccərləri (metal) - Yer seçimi və layihələndirmə qaydaları", TS 11782 "Şehiriçi yollar - Bisiklet park tesisleri tasarım kuralları" standartının əsasında AZS 953:2024 (TS 11782:2013) - "Şəhərdaxili yollar - Velosiped parklanma yerlərinin layihələndirilməsi qaydaları", TS 11782 "Şehiriçi yollar - Otobüs durakları yer seçimi kuralları" Türkiyə standartının əsasında AZS 954:2024 (TS 11783:2024) - "Şəhərdaxili yollar - Avtobus dayanacaq məntəqələri nöqtələrinin seçilməsi qaydaları" və ГОСТ Р 52605-2006 "Технические средства организации дорожного движения. Искусственные неровности. Общие технические требования. Правила применения" Rusiya Federasiyası standartının əsasında AZS 955:2024 (ГОСТ Р 52605-2006) - "Yol hərəkətinin təşkilinin texniki vasitələri. Süni maneələr. Ümumi texniki tələblər. Tətbiq qaydaları" dövlət standartlarıdır.
Beynəlxalq təcrübə və yerli tələblər nəzərə alınaraq hazırlanmış yeni dövlət standartlarının tətbiqi yol infrastrukturunun davamlı və effektiv idarəolunmasına, eləcə də şəhər daxilində təhlükəsiz və nizamlı hərəkət mühitinin formalaşmasına şərait yaradacaq.
Sözügedən dövlət standartları "Nəqliyyat və nəqliyyat infrastrukturu" (AZSTAND/TK 43) standartlaşdırma üzrə Texniki Komitədə müzakirəyə çıxarılıb və institut onları qəbul edərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.