Azərbaycanda piratçılığa qarşı mübarizə uğurla gedir.
Oxu.Az Marja.az-a istinadən xəbər verir ki, bu barədə Müəllif Hüquqları Agentliyi öz rəsmi saytında 2013-cü il üzrə fəaliyyəti barədə yerləşdirdiyi qısa icmalda deyilir.
İcmalda qeyd olunur ki, ölkəmiz piratçılığa qarşı mübarizə tədbirləri nəticəsində 2013-cü ildə piratçılığın səviyyəsi kitab nəşri sahəsində 2005-ci illə müqayisədə 61%-dən 30%-ə, audio-video məhsulları bazarında 90%-dən 67%-ə, proqram təminatında 96%-dən 87%-ə qədər aşağı düşmüşdür.
Hesabat dövrü ərzində agentliyinin “960” Qaynar xəttinə 700 şikayət daxil olub. İctimai əsaslarla fəaliyyət göstərən “Hüquq məsləhətxana” 500-dən çox vətəndaşa xidmət göstərib.
Bütün sorğulara dərhal baxılıb, bunun əsasında 9 ekspert rəyləri hazırlanıb, sonradan dövlət və məhkəmə orqanlarına ünvanlanıb.
Agentlikdə müxtəlif hallarda tətbiq olunacaq nəzarət markalarının elektron sistemi yaradılıb, “Track & Trace” Smart mobil telefonları üçün yaradılmış istifadə olunan nəzarət markalarının əsli tanıyan sistemi quraşdırılıb, interaktiv tədris mərkəzi fəaliyyətə başlayıb. (Trend).