“Porsche Bakı Mərkəzi” artıq ənənə şəklini almış tədbirlərini davam etdirir. Şirkət tərəfindən hər il keçirilən “Porsche Avtomobil Yürüşü” də belə tədbirlərdən biridir.
Oxu.Az xəbər verir ki, sentyabrın 7-də baş tutan yürüşün istiqaməti Azərbaycanın ən gözəl guşələrindən biri olan Qəbələ rayonuna oldu.
Bölgə kimi Qəbələnin seçilməsi təsadüfi deyildi. Füsunkar təbiəti, rahat şosesi, sıx meşələri və meşələrin içindən keçən enişli - yoxuşlu yolları Qəbələni digər yerlərdən fərqləndirməklə yanaşı, avtomobillərin mühərriklərinin gücünü, sürətini, əyləc sistemlərinin möhkəmliyini nümayiş etdirməsi üçün də ideal imkanlara sahib məkandır.
Tədbirin əsas iştirakçıları hazırkı müştərilər və onların yaxınlarından ibarət olub. “Porsche Bakı Mərkəzi”nin bu yürüşdə məqsədi, öz müştərilərini bir araya toplamaq və ənənəvi olaraq yay mövsümünü maraqlı keçirməkdi .
Tədbirdə “Porsche Bakı Mərkəzi”nin bir ədəd “Porsche Panamera 4S Executive” və “911 Carrera S” tipli modelləri test-drive üçün təqdim olunub.
“Porsche Bakı Mərkəzi” bu tədbirin uğurlu və maraqlı keçdiyini nəzərə alaraq, yürüşün 2014-ci ilin yay - yaz aylarında yenidən təkrarlanmasını planlaşdırır. Növbəti tədbirdə mərkəz bütün növ Porsche modellərinin test-drive-nı həyata keçirməyi nəzərdə tutaraq sırf bu avtomobillərin birbaşa Porsche A.G-dən gətirilməsi üçün lazımi tədbirlər görür” - deyə, şirkətdən bildiriblər.
Tədbir zamanı müştərilərə xüsusi hədiyyələr və sertifikatlar da təqdim olunub.
www.oxu.az